``Virusun qarşısı alınmasa milyonlarla insan öləcək``

Antonio Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında dünyada yayılmağa davam edən koronavirusla bağlı bəyanatlar verib. Birləşmiş Millətlər Təşkilatı yeni növ koronavirus epidemiyası ilə bağlı xəbərdarlıq edib.
BMT-nin baş katibi Antonio Quterreş yeni növ koronavirusla bağlı deyib: ``Virusun xüsusilə dünyanın ən müdafiəsiz bölgələrində yayılmasına imkan versək milyonlarla insan öləcək``.
Antonio Quterreş telekonfrans vasitəsilə keçirdiyi mətbuat toplantısında dünyada yayılmağa davam edən koronavirusla bağlı bəyanatlar verib.
Virusun yalnız insanlara deyil, qlobal iqtisadiyyata da mənfi təsir göstərdiyini bildirən Quttereş Beynəlxalq Əmək Təşkilatının virus səbəbindən dünyadakı işçilərin 3,4 trilyon dollar itkisinin ola biləcəyini vurğuladığını xatırladıb.
Milli səviyyədə görülən tədbirlərin qlobal səviyyədə yaşanan böhrana kifayət qədər faydasının olmadığını bildirən Antonio Quterreş G20 ölkələrinə koronavirusla mübarizədə inkişaf etməkdə olan ölkələrə kömək etmələri ilə əlaqədar çağırış edib.
``Ən kasıb və müdafiəsiz ölkələr ən ağır zərbəni alacaqlar. Virusun xüsusilə dünyanın ən müdafiəsiz bölgələrində yayılmasına imkan versək milyonlarla insan öləcək. Ortaq bir düşmənimiz var və bir virusla mübarizə aparırıq`` -deyə Birləşmiş Millətlər Təşkilatının baş katibi vurğulayıb.

Xəbər 406 dəfə oxundu.