Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
Dr.Elnur Eldaroğlu: "Gigiyenik qaydalara əməl etməklə yanaşı, sanitar maarifləndirmə işini yüksək səviyyədə aparmaq lazımdır"
İnsanın sağlamlığının qorunmasında gigiyenik qaydalara riayət etmək önəmli faktordur. Bu hər bir insan üçün vacibi əməldir. Koronavirusun dünyada yayıldığı bir zamanda isə gigiyenik qaydalara əməl etmək olmazsa olmaza çevirilib. Məhz buna görə də həkimlər koronavirusdan qorunmaq üçün əsas gigiyenik qaydalara riayət etməyi tapşırırlar. Elə həkim-fitoterapevt, Apifitoterapiya mərkəzinin rəhbəri Dr.Elnur Eldaroğlu da "Palitra"ya açıqlamasında əhaliyə bu baxımdan məsləhətlərini verib. O deyib ki, insanlar nəinki indi, hər zaman koronavirus və digər kəskin respirator virus infeksiyalarından qorunmaq üçün şəxsi gigiyena qaydalarına tam əməl etməlidir: "Şəxsi gigiyena qaydalarına əməl edilməli, əllər davamlı sabunla yuyulmalı, özündə hər hansı soyuqlama halları olduqda digər şəxslərlə məsafə saxlanılmalı, öz otağında dezinfeksiya tədbirlərini görməlidir. Virusun yayılması qeyri-gigiyenik və toplum olan yerlərdə daha aktiv yayılır".

"Həkim kimi öz həmkarlarımla bərabər insanlarımızın bu yayılmış virusdan qorunması üçün əlimizdən gələni edirik. Bizim bu maarifləndirmə işimizi mütləq hər kəs paylaşsın ki, qısa zamanda pandemiyaya qalib gələk"

Dr.Elnur Eldaroğlu bildirib ki, gigiyenik qaydalara əməl etməklə yanaşı, sanitar maarifləndirmə işini yüksək səviyyədə aparmaq lazımdır: "Həkim kimi öz həmkarlarımla bərabər insanlarımızın bu yayılmış virusdan qorunması üçün əlimizdən gələni edirik. Bizim bu maarifləndirmə işimizi mütləq hər kəs paylaşsın ki, qısa zamanda pandemiyaya qalib gələk". Həkim-fitoterapevt koronavirusa yoluxmamaq üçün önləyici tədbir olaraq xalq təbabətindən necə yararlanmaq qaydalarından da danışıb: "İmmun sistemini artırmaq və xəstəliyə qarşı müdafiə komponentlərini aktivləşdirmək üçün bir sıra fitoterapevtik üsullar var. Kolonxoe bitkisini buruna istifadə etmək olar. Bu bitki dekorativ məqsədli əkilən kolonxoe bitkisidir. Şirəsini buruna sıxdıqda qrip və digər viruslardan qoruyur. Həmçinin rinitlərin müalicəsində istifadə edilir. Propolis tinktura gündə iki dəfə suya qataraq istifadə etmək məsləhətdir. Buğda cücərtisi, çörəkotu toxumu, çiçək tozu, arı südü və bal qarışımı hazırlayıb buğda rüşeymli məcun şəklində gündə iki-üç dəfə daxilə qəbul etmək olar. Gündəlik cökə balı yeməyi unutmayın!".

Fuad Hüseynzadə


Xəbər 1245 dəfə oxundu.