Cəlilabad Rayon İH Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşları miqdarında vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

Xəbər 167 dəfə oxundu.