Koronavirusa görə İraqdan qoşunlarını çıxardı...
Sürətlə yayılan COVID-19 Fransanı qoşunlarını İraqdan geri çağırmağa məcbur edib.
Bu barədə pandemiya ilə əlaqədar ölkədə yaradılmış qərargah məlumat yayıb.
Məlumatda qeyd edilir ki, İraq hökuməti ilə razılaşmaya əsasən koalisiya mövcud sanitar böhranı nəzərə alaraq, bu ölkənin təhlükəsizlik qüvvələri üçün təlim fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Bildirilib ki, Fransa İraqda “Şammal” əməliyyatına cəlb olunmuş təxminən 200 nəfərdən ibarət şəxsi heyətinin ölkəyə qaytarılması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, indiyədək dünyada COVID-19-a yoluxanların sayı 450 minə çatıb. Fransada bu virusdan 1331 ölüm halı qeydə alınıb.
Fransa Prezidenti Emmanuel Makron Müluz şəhərində səyyar hərbi xəstəxanasındakı çıxışı zamanı COVID-19 epidemiyasının yaxınlaşmaqda olan pik dövrü ilə əlaqədar hərbi qüvvələrin mübarizəyə cəlb ediləcəyini bildirib.

Xəbər 186 dəfə oxundu.