Rusiyada koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb
Ötən gün ərzində Rusiyanın 18 regionunda 182 nəfər koronavirusa yoluxub.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə COVID-19-la mübarizə üzrə operativ qərargah məlumat yayıb.
Bildirilib ki, koronavirusa 136 yoluxma faktı Moskvada, digərləri isə regionlarda qeydə alınıb.
Bununla da ümumilikdə ölkə ərazisində koronavirusa yoluxanların sayı 840 nəfərə çatıb. Eyni zamanda 38 nəfər sağalıb, 2 nəfər isə ölüb.
Əli Babayev

Xəbər 161 dəfə oxundu.