Ermənistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatır
Ermənistanda koronavirusa yoluxanların sayı 300 nəfərə çatmaqdadır.
Erməni KİV-lərinin verdiyi məlumata görə, son gün ərzində daha 25 nəfər virusa yoluxub.
Xatırladaq ki, koronavirusa yoluxan 272 nəfər hazırda müalicəsini davam etdirir.
Ümumilikdə isə bu ölkədə 1 440 nəfər testdən keçirilib.
Əli Babayev

Xəbər 140 dəfə oxundu.