“Nikolun rəhbərlik etdiyi qrup hakimiyyətdə qalacağı təqdirdə, ölkədə vəziyyət daha da pisləşəcək”
“Artıq 2 ay ərzində ölkədəki bir çox obyektlər bağlanıb. Ölkədəki işsizlərin sayında təsəvvüredilməz səviyyədə artım var”

“Bu gün Ermənistan ölüm və infeksiya statistikasında Cənubi Qafqaz ölkələri arasında lider olmaqda davam edir”. Ermənilərin «Qolos Armenii» saytı bu fikirlərə diqqət çəkərək Nikol Paşinyanın Ermənistanda koronavirusun lokallaşdırılması ilə bağlı səsləndirdiyi bayağı fikirlərə münasibət bildirib.
Sayta görə, bu gün baş nazir də daxil olmaqla, hakimiyyətdə olan Levon Ter-Petrosyanın tələbələri onun vəsiyyətinə əməl edərək dövlət maşınını məhv etməyə davam edirlər. Məsələnin məğzində dayanan əsas məsələ bundan ibarətdir ki, hazırda ölkədə koronavirusun yayılmasını lokallaşdıra bilməyən hökumət, nə qədər çalışsa da ölkəni gözləyən iqtisadi tənəzzülündən də qaça bilməyəcək. Xatırladaq ki, bir müddət əvvəl erməni hakimiyyəti ölkədə ehtiyacı olan ailələrə «Lusavor Hayastan» fraksiyasının təklifi ilə 100 min dram verməkdən iimtina etdikdən sonra, baş nazirin reytinqi demək olar ki, sıfıra enib. Təbii ki, bunu anlayan Paşinyan bir neçə təşəbbüsü, o cümlədən uğursuz «kommunal həmrəyliyi» də effekt vermədi. Reallıq budur ki, bu gün Ermənistanda koronavirusa yoluxanların sayının artmaqda davam etməsinə baxmayaraq, hökumət indi də ölkədə iqtisadi karantin tətbiq edir.

“Qolos Armenii”: “Ölkədə koronavirusun yayılmasını lokallaşdıra bilməyən hökumət, nə qədər çalışsa da ölkəni gözləyən iqtisadi tənəzzülündən də qaça bilməyəcək”


Doğrudan da, saytın erməni rəhbərliynə ünvanladığı sualda da müəyyən məntiq var: “Bu gün Ermənistanda vəziyyət pisləşməyə doğru gedirsə, bu halda ölkədə karantin rejimini ləğv etməyə nə ehtiyac vardı? Axı, bu gün qonşu ölkələrdə koronavirusa yoluxma halları azalmağa doğru getdiyi halda, Ermənistanda bunun təm əksi müşahidə edilməkdədir”. Maraqlıdır ki, Ermənistanda mayın 4-dən etibarən hakimiyyət mərkəzləşdirmə mərhələsini elan edərək, vəziyyətə görə bütün məsuliyyətdən imtina edib. Sayt məhz hakimiyyətin bu addımına diqqət çəkərək yazır ki, Nikolun rəhbərlik etdiyi qrup hakimiyyətdə qalacağı təqdirdə, ölkədə epidemiya ilə bağlı vəziyytin daha da pisləşə biləcək. Ona görə də, yaranmış şəraitdə Paşinyanın istefası zamanın zərurəti kimi dəyərləndirilir. Çünki, artıq itirilən etimad qarşılıqlıdır. Sayta görə, bu gün Ermənistanda iqtisadi karantinin ləğvi iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılmasına zəmanət deyil. Artıq 2 ay ərzində ölkədəki bir çox obyektlər bağlanıb. Ölkədəki işsizlərin sayında təsəvvüredilməz səviyyədə artım var. Paşinyan isə özünü qorumaq, xalqın diqqətini aktual problemlərdən yayındırmaq üçün yeni variantlar axtarışındadır. Belə ki, o, yüksək səviyyəli kadr dəyişikliyinə müraciət etmək qərarına gəlib və artıq baş nazirin müavini Tiqran Avinyanın istefası barədə şayələr dolaşmaqdadır.
Ağasəf Babayev


Xəbər 3992 dəfə oxundu.