Model Zara Abid də qəzaya düşən təyyarədə olub
Dünən Pakistanın Kəraçi hava limanı yaxınlığında qəzaya uğramış təyyarədə tanınmış model Zara Abid də olub.

Palitranews.az Milli.Az-a istinadən xəbər verir ki, əvvəlcə təyyarədə olan 107 nəfərin hamısının dünyasını dəyişdiyi bildirilsə də, daha sonra ölənlərin sayının 35 nəfər olduğu açıqlanıb. Zara da ölənlər arasındadır.

Xatırladaq ki, Lahor-Kəraçi reysini yerinə yetirən laynerdə 99 sərnişin, 8 heyət üzvü olub. A-320 təyyarəsi evlərin üstünə düşüb. Nəticədə 5-6 ev də dağılıb. Uçqun altından 20 nəfər xilas edilib.

Xəbər 251 dəfə oxundu.