Siqaret çəkənlərin sayı 1 milyarda çatıb
Məlumata görə, bütün dünyada siqaret çəkənlərin sayı təqribən 1 milyarda çatıb. Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunan hesabatda belə deyilir.
Bununla belə, araşdırmaçılar faiz etibarı ilə siqaret çəkənlərin sayının azaldığını bildirirlər. Artım səbəbi isə son 50 ildə insanların sayının iki dəfə çoxalmasıdır.
Alimlər dünyada tütün məmulatlarının istifadəsinin azalması üçün hələ çox işlər görmək lazım olduğunu deyiblər. Bunun üçün siqaretlərə qoyulan aksizlərin yüksəldilməsi, bağlamalarda həkim xəbərdarlıqlarının artırılması və ictimai yerlərdə siqaretin istifadəsinə qoyulan qadağalar əsas təkliflərdən biridir.
Tural

Xəbər 403 dəfə oxundu.