İstiqlal Muzeyində 20 Yanvar faciəsi ilə bağlı sərgi keçiriləcək
Yanvarın 17-də saat 12.00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş “24 il əvvəl... 24 il sonra” adlı tədbir-sərgi təşkil olunacaq. Sərgidə T.İsmayılov adına Təsviri və Tətbiqi sənət salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq mərkəzinin şagirdlərinin 50 ədəd rəsm əsərləri nümayiş olunacaq. Tədbirdə Milliyətçi Gənclər Təşkilatı və Respublika Gənc Turizm və Diyarşünaslıq mərkəzinin üzvləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-musiqi kompozisiya nümayiş olunacaq. Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, T.İsmayılov adına Təsviri və Tətbiqi sənət salonunun direktoru Aynur Həşimova və başqaları çıxış edəcəklər. Tədbirdə T.İsmayılov adına Təsviri və Tətbiqi sənət salonunun və Respublika Gənc Turizm və Diyarşünaslıq mərkəzinin şagirdləri, Milliyətçi Gənclər Təşkilatının üzvləri, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin şəxsi heyəti və digər qonaqlar iştirak edəcəklər. Sərgi yanvarın 23-dək davam olunacaq.

Nigar


Xəbər 675 dəfə oxundu.