600-dən çox insan qan verib
Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşkilatçılığı ilə növbəti könüllü qanvermə aksiyaları həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kürdəmir MRX-da 120, 19 saylı şəhər poliklinikasında 10, 3 saylı şəhər poliklinikasında 17, 19 saylı uşaq poliklinikasında - 19 nəfər, ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində 33, ARDNŞ “Azərneftyağ” neft emalı zavodunda 43, 26 saylı şəhər poliklinikasında 261, S.Əliyev adına Neft Emalı Zavodunda 43, 26 saylı şəhər poliklinikasında 13, ARDNŞ-ın Qaz Emalı Zavodunda 49 nəfər könülü olaraq qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Təhminə

Xəbər 410 dəfə oxundu.