Rusiya Xəzərdə gəmilərin döyüş hazırlığı yoxlamalarına başlayıb
Rusiyanın Xəzər donanmasının döyüş hazırlığının qəfildən yoxlanılmasına başlanılıb. Bu barədə “RİA Novosti” Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Müasir Rusiya tarixində ilk dəfə orduda qəfildən yoxlamalar ötən il keçirilib. 20 ilə yaxın, 1990-cı illərdən bəri RF SQ-də belə hala təsadüf edilməyib.
Ekspertlər Serqey Şoyqunun bu təşəbbüsünü müsbət qəbul ediblər və qeyd ediblər ki, qəfildən yoxlamalar kimi başqa heç nə orduda həqiqi işlərin durumunu göstərməyə və bütün səviyyələrdəki hərbi qulluqçuların mümkün təhlükələrə ani reaksiya verməyə öyrəşdirməyə qadir deyil.
Məlumatda deyilir: "Vitse-admiral, komandan Serqey Alekminskinin rəhbərliyi altında Xəzər donanmasında gəmi yoxlama taktiki təlimlərinin keçirilməsi ilə gəmilərin döyüş hazırlığının qəfildən yoxlaması başlayıb".
Yeddi gün davam edəcək təlimlərdə təxminən on reyd minatutan gəmisi, kater və təchizat gəmisi, həmçinin flotiliyanın 400-dən artıq dənizçisi iştirak edir.
Tural

Xəbər 298 dəfə oxundu.