Kiyevdəki hospitala 20-dən çox hərbçi yerləşdirilib
Ukrayna ordusunun 21 hərbçisi Ukraynanın şərqindəki hərbi əməliyyatlarda ağır yaralanaraq Kiyevin mərkəzi hospitalında müalicə olunurlar. “RİA Novosti”nin məlumatına görə bu barədə Ukraynanın “1+1” televiziya kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Kiyev xəstəxanalarına mütəmadi olaraq yaralı hərbçilər də gətirilir. Yaralılar və itkilər barədə rəsmi məlumatlar verilməsə də son günlərdə bu rəqəmlərin mənfi istiqamətdə dəyişməsi ehtimalı da vurğulanır. O ada bildirilir ki, yaralı hərbçilərin əksəriyyətinin vəziyyəti ağır qiymətləndirilir.
Tural

Xəbər 213 dəfə oxundu.