“Uğurlu gənc ailə modeli formalaşdıraq!”
“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Uğurlu gənc ailə modeli formalaşdıraq!” layihəsi çərçivəsində növbəti tədbir Haçıqabul şəhər Heydər Əliyev Mərkəzində həyata keçirilib. Tədbirə bölgədə fəaliyyət göstərən yerli media nümayəndələri, rayon icra strukturların nümayəndələri, QHT-lərin və ictimaiyyətin nümayəndələri qatılıblar. Tədbiri giriş sözü ilə açan birliyin nümayəndəsi Yusif Poladov bildirib ki, layihənin həyata keçirilməsində məqsəd ailə hüquq sahəsində gəncləri maarifləndirmək, nikah qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək vermək, Nikah müqaviləsinin səmərəliliyi və üstün cəhətləri üzrə əhali arasında geniş maarif və təşviqat kampaniyasını təşkil etməkdir. Y.Poladov Nikahla bağlı qanuna dəyişikliklərin olunması haqqında məlumat verərək bildirdi ki, bundan sonra nikaha girən hər iki tərəf sağlamlıqla bağlı tibbi arayış təqdim edəcək. O ailə qurmaq istəyən hər iki şəxsin sağlamlıq haqqında tibbi arayış təqdim etməsinin onların gələcək ailə həyatında oynadığı müsbət rol haqqında da məlumat verdi. Tədbirdə Hacıqabul rayon icra strukturlarının nümayəndələri də çıxış edərək, tədbirin gənclər üçün ciddi əhəmiyyətindən danışıblar, dövlətin də bu sahəyə daim diqqət ayırdığını vurğulayıblar. Yusif müəllim onu da qeyd edib ki, təşkilat Hacıqabul rayonundan öncə digər region və rayonlarda da bənzər tədbirlər həyata keçirib.

Qorqud



Xəbər 195 dəfə oxundu.