Zakir Həsənov Hərbi Hava Qüvvələrinin yeni tikilən obyektlərinə baxış keçirib
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Hərbi Hava Qüvvələrinin aviabazaları ərazilərində tikinti və yenidənqurma işləri aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hərbi obyektlərdəki vəziyyətə baxış keçirmək, həmçinin təmir və tikinti işlərinin keyfiyyətini yoxlamaq məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 16-da Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.
Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıraraq bu istiqamətdə fəaliyyətlərin sürətlə davam etdirilməsi barədə müvafiq göstərişlər verib.
Tural

Xəbər 487 dəfə oxundu.