Bərdə rayonunda “Ana təbiəti qoruyaq” şüarı altında aksiya keçirilib
Ölkəmiz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan flora və faunası ilə bütün dünyada şöhrət qazanıb. Bu şöhrətin qazanılmasında Kür qırağı Tuğay meşələrinin öz yeri var.
Bərdə gəncləri flora və faunanın qorunmasında həmişə öz fəallıqları ilə seçilmişlər. 2 aprel 2015-ci il tarixdə Gənclər və İdman idarəsinin, YAP Bərdə Rayon Gənclər Birliyinin birgə təşkilatçılığı və Bərdə Rayon Polis Şöbəsinin tağım komandiri, polis mayoru Şamxal Babayevin yaxından dəstəyi və bir qrup gənc təbiət sevərlərin iştirakı ilə “Ana təbiəti qoruyaq” şüarı altında aksiya keçirilib.Gənc təbiətsevərlər tərəfindən rayon ərazisində olan Kür qırağı Tuğay meşələrinə 30 cüt qırqovul buraxılıb.
Aksiyada YAP Bərdə Rayon Gənclər Birliyinin üzvləri, Dövlət İdarəetmə Kollecinin tələbə gənclər təşkilatının üzvləri, Akademik Zərifə Əliyeva adına Texniki təmayüllü məktəb-liseyin gənc təbiətsevərləri və digər fəal gənclər iştirak etmişlər.


Xəbər 1082 dəfə oxundu.