Depressiyaya meyilli insanlar daha çox insult keçirirlər
Harvard Universitetinin mütəxəssisləri yaşı 50-dən yuxarı olan 16 min insanın fiziki və psixiki sağlamlığı haqqında məlumatları təhlil ediblər.
Alimlər könüllülərdə depressiya təzahürlərinin dərəcəsini, insult riskini iki ildə bir dəfə qiymətləndirərək, beyində qan dövranının pozulması ilə bağlı bütün halları qeyd ediblər. “The Daily Mail” xəbər verir ki, on il ərzində 1192 insanda bu halların ən azı biri aşkar edilib. Tədqiqatların nəticələrinə görə, depressiyaya meyilli insanlar arasında insult keçirənlərin sayı 66 faiz çoxdur. Maraqlıdır ki, hətta psixiki pozulma əlamətləri yoxa çıxandan bir neçə il sonra insult riski yüksək olub. Növbəti depressiyada risk nəzarət qrupunda olan insanların riskindən əsla fərqlənməyib. Tədqiqatların çoxu insanın psixi sağlamlığı ilə fiziki sağlamlığını əlaqələndirir. Depressiyadan əziyyət çəkən xəstələrin çoxu siqaret çəkir, narkotik və ya alkoqol qəbul edirlər. Bu, onların sağlamlığına mütləq təsir göstərir.

Xəbər 389 dəfə oxundu.