İPTA Mingəçevir və Gəncədə seçkilərlə bağlı seminar keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) İctimai Birliyi “Milli Məclisə seçkilərin demokratik və şəffaflığına dəstək üçün regionlarda maarifçilik işlərinin həyata keçirilməsi” mövzusunda Mingəçevir və Gəncə şəhərlərində seminar keçirib. Seminarlarda assosiasiyanın sədri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. Daha sonra tədbir iştirakçıları Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra toplanmış seçki təcrübəsi, mövcud qanunvericilik baza, parlament seçkiləri ilə bağlı beynəlxalq təcrübə, qarşıdan gələn parlament seçkiləri öncəsi mövcud ictimai-siyasi vəziyyət və s. məsələlər müzakirə olunub. Tədbirdə QHT nümayəndələri, dövlət strukturlarının təmsilçiləri, seçki komissiyalarının üzvləri, regionlarda fəaliyyət göstərən KİV nümayəndələri, gənclər təşkilatlarının üzvləri, müəllimlər və digər şəxslər iştirak ediblər. Növbəti tədbirin Xaçmaz rayonunda keçirilməsi planlaşdırılır.
Nigar


Xəbər 518 dəfə oxundu.