Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib
Avqustun 21-də gənclər və idman naziri Azad Rəhimov Qəbələ rayon Mədəniyyət Mərkəzində bölgə vətəndaşlarını qəbul edib.
Qəbulda Balakən, Oğuz, Qax, Şəki, Zaqatala, İsmayıllı və Qəbələ rayonundan olan vətəndaşlar iştirak edib. Nazir 30-a yaxın vətəndaşı qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Vətəndaşların nazirə müraciəti daha çox fəxri adların və idman dərəcələrinin verilməsi, stadionların yeni idman avadanlığı ilə təminatı, xarici ölkələrdə keçirilən idman yarışlarına ezamiyyə, idman zallarının tikilməsi, gənclərlə bağlı QHT-nin yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi , işlə təminat, idman avadanlıqlarının verilməsi və digər məsələlərlə bağlı olub.

Nazir Azad Rəhimov bildirib ki, qəbulun keçirilməsində əsas məqsəd vətəndaşların idman və gənclər sahəsində üzləşdikləri problemlərlə yerində tanış olmaq, onların araşdırılması və həllinə dair tədbirlərin həyata keçirilməsindən ibarətdir. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbuldan sonra nazirAzad Rəhimov rayonların gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

Tural

Xəbər 419 dəfə oxundu.