Bəhməzin faydası
Bəhməz insanların gündəlik kalsium, dəmir və maqnezium ehtiyaclarını qarşılayır. O, xəstəliklərə qarşı qoruyucu xassəyə malik olmaqla yanaşı, xəstəliklərin müalicəsində də istifadə oluna bilər. Bəhməz sürətlə qana qarışır və enerji verir. İki xörək qaşığı bəhməz insan orqanizmi üçün faydalı olan 2 milliqram dəmir, 80 milliqram kalsium və 58 kkal. enerji deməkdir. Həmçinin, bəhməz gündəlik vitamin ehtiyacının 20%-ni ödəyir. Beyinin yeganə enerji mənbəyi olan qlükoza da bəhməzin tərkibində kifayət qədərdir.
NURANƏ

Xəbər 3897 dəfə oxundu.