Akapulkoda Zika virusuna ilk yoluxma hadisəsi qeydə alınıb
Meksikanın kurort şəhəri Akapulkoda Zika virusuna ilk yoluxma halı qeydə alınıb. “Newsland.com” saytı xəbər verir ki, bu barədə bəyanatla Qerrero ştatının səhiyyə naziri Karlos de la Penya Pintos çıxış edib.
O deyib: “Virusa yoluxan 32 yaşlı qadındır. O, hamilə deyil”. Karlos de la Penya Pintos vurğulayıb ki, pasiyentə lazımi yardım edilib, onun sağlamlıq durumu həyəcan doğurmur. Baş verən hadisə Akapulkonun turizm baxımından cəlbediciliyinə təsir göstərməməlidir. Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə Zika virusuna yoluxanların sayı son həftə 34-dən 65-ə çatıb. Yoluxanların çoxu cənub ştatları Oaxaka və Çyapasda qeyd olunub. Paytaxtda və əhalisi sıx olan Mexiko ştatında virusa yoluxan aşkar edilməyib.

Xəbər 425 dəfə oxundu.