İctimai TV təkzib edir
Bir sıra internet portallarında İctimai Televiziyanın (İTV) regional bürolarının bağlanması barədə məlumat yayılıb. İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "İctimai Televiziyanın (İTV) ölkə xaricində və Azərbaycanın regionlarındakı müxbir məntəqələri fəaliyyətlərini davam etdirir və onların bağlanmasına dair yayılmış xəbər yalandır, həqiqətə uyğun deyil".

Xəbər 95 dəfə oxundu.