Əsəb hüceyrələrinin bərpası mümkün olacaq
Alimlər Altsheymer, Parkinson xəstəlikləri və onurğa sütunu zədələnmələri ilə bağlı olan bir sıra genlər aşkar ediblər. Həmin genlər ilanbalığında aşkar edilib. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
Bu, genetiklərə insanda zədələnmələr, yaxud neyrodegenerativ xəstəliyin inkişafı zamanı nasazlığın məhz harada baş verdiyini anlamağa imkan verir. Belə ki, insandan fərqli olaraq, ilanbalığı əsəb sistemini bərpa edə bilir. Məsələn, əgər onurğa beyini zədələnirsə, əsəb hüceyrələri bərpa olur və 10-12 həftədən sonra ilanbalığı artıq normal hərəkət edir.
Qeyd edək ki, ilanbalığında iri neyronlar mövcuddur ki, bu da onun laboratoriya şəraitində tədqiq olunmasını son dərəcə asanlaşdırır. Bu yaxınlarda isə alimlər onun geninin şifrələrini açıblar. Şifrələrin açılmasında ABŞ-ın Miçiqan və Kentukki universitetlərinin 59 mütəxəssisi iştirak edib. Nəticədə məlum olub ki, ilanbalığının neyronlarında mielin müdafiə qişası yoxdur. Məhz bu, əsəb impulslarının sürətlə keçməsinə imkan verir. İnsanda isə zədələnmə zamanı mielin neyronların aktivliyinə mane olur. Alimlər inanırlar ki, əgər əngəlləyici elementlər aradan qaldırılarsa, kürək zədələnməsi nəticəsində iflicdən əziyyət çəkən adamları müalicə etmək mümkün olacaq.
Hazırda genetiklər zədələr və regenerasiya zamanı aktivləşən genlərin araşdırılması ilə məşğuldurlar.




Xəbər 402 dəfə oxundu.