“Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur”
“İŞİD, “Əl-Qaidə” kimi terror təşkilatlarının yaranma səbəbləri üzərində düşünməliyik. Biz bunu yaxşı anlamasaq, heç bir uğur əldə edə bilmərik”.
Bu sözləri Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması” mövzusunda keçirilən bölmə iclasında  Prezident Administrasiyası rəhbərinin müavini, PA Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov deyib.  
N. Məmmədov SSRİ-nin süqutundan sonra baş verənlərə diqqət yetirməyi zəruri sayıb: “25 il ərzində nələr baş verdi? Münaqişə baş verən ölkələrin sayı dəfələrlə artıb. Çünki beynəlxalq münasibətlərdə ədalət mövcud deyil, geosiyasi ambisiyalar üstünlük təşkil edib. “İŞİD” məsələsinə müxtəlif prizmalardan yanaşırıq. Məsələn, hazırda 220 qız “Boko Haram” terror təşkilatı tərəfindən girov götürülüb, heç kim buna mövqe bildirmir, hərəkətə keçmir. Yalnız onu eşidirik ki, qızlar sağdır, ailələri ilə təmasdadır. Azərbaycana gəlincə, tutaq ki, Dağlıq Qarabağ mübahisəli bölgədir. Belə olmasa da, belə təsəvvür edək. Ancaq Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Deyirlər ki, Azərbaycan gedib Ermənistanla danışsın. Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur”.
Tural

Xəbər 258 dəfə oxundu.