AZAL Rusiya şirkətindən on ədəd təyyarə alır
Rusiyanın “İlyuşin Finans” lizinq şirkəti və “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti on ədəd MS-21 təyyarəsi alınması barədə niyyət memorandumu imzalayıblar. TASS agentliyi xəbər verir ki, memorandumun imzalanması mərasimində Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov iştirak edib.
Sənədi “İlyuşin Finans Ko” MMC-nin baş direktoru Aleksandr Rubtsov və AZAL-ın baş direktoru Cahangir Əsgərov imzalayıblar.MS-21 təyyarəsi (XXI əsrin magistral təyyarəsi) “İrkut” korporasiyası tərəfindən istehsal olunur və yığılır. Bu, XXI yüzillikdə işlənib hazırlanmış ilk orta məsafəli Rusiya təyyarəsidir. Hələlik bu təyyarənin yalnız bir nüsxəsi tam yığılıb. Təyyarə iyunun 7-də rəsmi mərasimdə təqdim edilib.
Tural

Xəbər 429 dəfə oxundu.