“Əş-Şəbab” 43 sülhməramlı əsgəri öldürüb
Somalidə fəaliyyət göstərən “Əş-Şəbab” qruplaşması Afrika İttifaqının sülhməramlılarının bazasına hücum edərək 43 efiopiyalı əsgəri öldürdüyünü bəyan edib.TASS informasiya agentliyi xəbər verir ki, qruplaşmanın nümayəndəsi, həmçinin keçirilən əməliyyatda bir neçə yaraqlının da həyatını itirdiyini deyib.Bu barədə rəsmi məlumat hələ ki, verilmir.Somalidəki münaqişə artıq ötən əsrin 90-cı illərindən bəri davam edir. Hökumət qüvvələri 25 ilə yaxıbdır ki, Afrika İttifaqının Somalidəki qüvvələrinin (22 min əsgər) köməyi ilə “Əş-Şəbab” qruplaşmasına qarşı əməliyyatlar aparır.

Xəbər 388 dəfə oxundu.