“Xəzər-Lənkəran”da ilk ispaniyalı
Alvaro Silva “Xəzər-Lənkəran”ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi "ağ-yaşıllar"ın heyətində qol sevinci yaşamamışdı.
Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu oldu. Bu 81 oyunçudan başqa daha 7 rəqib futbolçu öz qapısına qol vurub. “Xəzər- Lənkəran”ın qol vuran oyunçularına gəlincə isə onların 29-u yerli, 52-si əcnəbi futbolçudur. Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edib: Rumıniya - 12, Braziliya - 8, Türkiyə - 5, Bolqarıstan - 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya - hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan - hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə olub. Qeyd edək ki, “Xəzər-Lənkəran”da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.

Xəbər 381 dəfə oxundu.