Rusiya-NATO gərginliyi 2017-ci il üçün əsas təhdid hesab olunub
Rusiya ilə NATO ölkələri arasında münasibətlərin kəskinləşməsi 2017-ci ildə əsas təhdid ola bilər. Bu barədə ABŞ-ın Xarici Əlaqələr üzrə Şurasının hesabatında deyilir. Hesabatda 2017-ci ildə baş verməsi ehtimal edilən bu münaqişənin təsiri yüksək, mümkünlüyü isə orta qiymətləndirilib. Bildirilir ki, bu münaqişə Rusiyanın Şərqi Avropadakı aqressiv fəaliyyəti ilə əlaqədar məqsədli və ya məqsədsiz hərbi toqquşma nəticəsində baş verə bilər. Hesabata ikinci yerdə Koreya Xalq Demokratik Respublikasında ciddi böhran göstərilir. Qeyd olunur ki, bu böhran nüvə silahının sınaqdan keçirilməsi, hərbi təxribat və daxili siyasi qeyri-stabilliklə bağlıdır. Üçüncü yerdə ABŞ-ın vacib infrastrukturuna qarşı böyük haker hücumları qeyd olunub. 2017-ci ilin ciddi təhdidlərindən biri kimi ABŞ və ya tərəfdaş ölkələrin ərazisində terror aktlarının baş verməsi ehtimalı da göstərilir. Baş vermə ehtimalı yüksək olan, lakin təsiri orta qiymətləndirilən hadisələr siyahısında Əfqanıstandakı vəziyyət, Türkiyə ilə kürdlər arasında münaqişənin güclənməsi, Suriyada vətəndaş müharibəsi, digər ölkələrin hərbi müdaxiləsi də qeyd olunub.

Xəbər 239 dəfə oxundu.