Güləşçimiz xatirə turnirində qızıl medal qazanıb
Çeçenistanın paytaxtı Qroznıda dünya çempionu Aslanbek Bisultanovun xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə 5-ci açıq respublika turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə yığma komandamızın bir üzvü iştirak edib. Turnirdə 120 kiloqram çəki dərəcəsində mübarizə aparan Umar İsrailov keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medal qazanıb.

Xəbər 173 dəfə oxundu.