Tələbələr arasında “Gizli Gecə balı” adlı rəqs müsabiqəsi keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) təşkilatı dəstəyi ilə “Gizli Gecə balı” rəqs müsabiqəsi keçirilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən “Gizli Gecə balı” rəqs müsabiqəsində 500-ə yaxın tələbə və gənc iştirak edib. Müsabiqənin açılışı zamanı çıxış edən AzMİU TGT sədri, layihə rəhbəri Rafael Şıxəmmədov müsabiqənin şərtləri barədə gəncləri ətraflı məlumatlandırıb.
Müsabiqə zamanı “Gecənin ən yaxşı cütlüyü” adı uğrunda milli, müasir və həzn musiqi rəqsləri üzrə 15 cütlük yarışmada iştirak edib. Müsbiqədə iştirakçılar tərəfindən hər 3 musiqi növü üzrə rəqslər nümayiş olunub və münsiflərin səsverməsi nəticəsində “Gecənin ən yaxşı cütlüyü” adını qazanan cütlüyə tac qoyma mərasimi keçirilib və 2-ci, 3-cü yerlərə uyğun cütlüklər müvafiq hədiyyələr ilə təltif olunub. Sonda isə bütün müsabiqə iştirakçıları sertifikatlarla təltif olunub və xatirə şəkli çəkdirilib.


Tural


Xəbər 679 dəfə oxundu.