“PKK Sincardan çıxmalıdır”
“PKK-nın İraqın Sincar bölgəsində mövcudluğu sülh və məcburi köçkünlərin geri qayıtması üçün əsas maneədir”.
Anadolu Agentliyinin yaydığı məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözcüsü Mark Toner deyib. “Hesab edirik ki, ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Sincarda heç bir rol oynamamalıdır”, - deyə o söyləyib. Tonerin açıqlaması İraqın şimalındakı kürd muxtariyyətinin hökumət başçısı Nəçirvan Bərzaninin “PKK Sincarı tərk etmədiyi halda, onları oradan güc tətbiq etməklə çıxaracağıq” bəyanatından sonra verilib. Ötən il ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə yerli qüvvələr və kürd silahlıları “İŞİD” qruplaşmasını bu bölgədən sıxışdırıb çıxarmışdı. PKK isə Nineva vilayətinin şimal-şərgində yerləşən Sincarda öz mövqelərini gücləndirmək istəyir. Türkiyə PKK-nın Sincarda mövcudluğundan dəfələrlə öz narahatlığını bildirib və bunun qarşısını alacağını bəyan edib.

Xəbər 130 dəfə oxundu.