Türkiyə ordusu “İŞİD“ əmirini məhv edib
Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 135-ci günündə də “İŞİD” mövqelərinə zərbələr endirib.
Trend-in Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində “İŞİD”in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.
Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin “İŞİD” əmiri olduğu deyilir.
Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 “İŞİD” hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.


Xəbər 120 dəfə oxundu.