“Azərbaycanda gənc ailələrin ehtiyacları üçün hər il 30 min yeni mənzil satılır”
Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ iqtisadi rayonlarının əhalisi artaraq yaşayış sahəsi üzrə artımı üstələyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair “Strateji Yol Xəritəsi”ndə məlumat verilib.
Bildirilib ki, aparılan hesablamalara görə, Azərbaycanda gənc ailələrin ehtiyaclarına uyğun olaraq, hər il təxminən 30 min yeni mənzil satılır.
Mənzilə sahibliyin yüksək faizini, yeni satışların nəzərə çarpmayan artımı nəzərə alınarsa, Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.
Mahmud

Xəbər 48 dəfə oxundu.