ABŞ-ın nüfuzlu siyasi şərhçisi Qlobal Bakı Forumunda iştirak edəcək
Amerika Birləşmiş Ştatlarının nüfuzlu siyasi şərhçisi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb. Farid Zakariya, eyni zamanda, Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya Bakı Forumunun əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi olan F.Zakariya “New York Times”, “The Wall Street Journal” kimi nüfuzlu nəşrlərdə yazılarla çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.

Xəbər 111 dəfə oxundu.