“Əşyalar interneti” bazarında ikiqat artım gözlənilir
“International Data Corporation” (IDC) tədqiqat şirkəti yaxın dörd ildə dünya “Əşyalar interneti” (Internet of Things, IoT) bazarının həcminin təxminən iki dəfə artacağını proqnozlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, 2016-cı ildə “Əşyalar interneti” sahəsində qlobal avadanlıq, servis, proqram təminatı və kommunikasiya texnologiyalarının satışı 737 milyard dollar təşkil edib. Yaxın illərdə bazarın illik artımının orta hesabla 15,6 faizə bərabər olaraq 2020-ci ildə 1,29 trilyon dollara çatacağı gözlənilir.
Məlumata görə, ötən il əksər “IoT” investisiyaları istehsal sektorunun payına düşüb (178 milyard dollar). Nəqliyyat daşımaları və kommunal xidmətlər seqmentində xərclər müvafiq olaraq 78 və 69 milyard dollar təşkil edib. Böyüklüyünə görə dördüncü seqment 2020-ci ilədək liderlər üçlüyünə daxil olması proqnozlaşdırılan istehlak seqmenti olub. “IoT” üçün xərclərin ən yüksək artım tempi sığorta, səhiyyə, pərakəndə satış və istehlak məhsulları bazarlarında proqnozlaşdırılır.
Şirkətin tədqiqatında, həmçinin qeyd olunur ki, 2016-cı ildə “IoT” xərclərinin çox hissəsi (31 faiz) avadanlıqların payına düşüb. İkinci yeri servislər, üçüncünü proqram təminatı, dördüncünü kommunikasiya texnologiyaları tutub. Tədqiqatçıların proqnozlarına görə, yaxın beş ildə “IoT” avadanlıqlarının satışı iki dəfə (400 milyard dollaradək) artaraq bazarda ən yüksək göstərici olmasına baxmayaraq bu dinamika digər seqmentlərdən az olacaq.
Qurğuların şəbəkəyə qoşulması üçün modul və ötürücülər “Əşyalar interneti” sahəsində proqram təminatı alışının əsasını təşkil edəcək. “IoT” proqram təminatı seqmentində xərclərdə lider payı 50 faizi ötən proqramların olacağı ehtimal edilir.
Qeyd edək ki, “IoT” bir-biri ilə əlaqə üçün quraşdırılmış texnologiyalarla təchiz edilən fiziki əşyaların hesablama şəbəkəsi konsepsiyasıdır.

Mahmud

Xəbər 37 dəfə oxundu.