Donorun çoxalması nəticəsində qan komponentlərinin miqdarı artıb
2010-cu ildə ölkə üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, sonraki illərdə bu rəqəm xeyli artaraq 76 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 11-də B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda keçirilən tədbirdə Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova öz çıxışında səsləndirib.
Onun sözlərinə görə, bunun da təxminən 54,5 faizi Mərkəzi Qan Bankının donorlarının payına düşür. Donor sayının artması nəticəsində tədarük olunan qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım edilib.
Mahmud

Xəbər 80 dəfə oxundu.