“Xocalıya ədalət!” kampaniyası çərçivəsində məktəblərdə görüş
Bakı şəhərindəki 27 nömrəli tam orta məktəbdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görüş keçirilib.
Təhsil Nazirliyindən bildiriblər ki, görüşdə fondun nümayəndəsi Cavid Məmmədzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri barədə danışıb. Həmçinin şagirdlərə tarixin müxtəlif dövrlərində, xüsusilə XX əsrin sonlarında Ermənistan silahlı birləşmələrinin və onların havadarlarının köməyi ilə işğal olunmuş torpaqlarımızda, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğın və soyqırımı ilə bağlı məlumat verilib.
Daha sonra 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlərdən söz açılıb.
Vurğulanıb ki, paytaxt məktəblərində belə görüşlər davam etdiriləcək.

Xəbər 428 dəfə oxundu.