Peterburq metrosunda terror aktının sifarişçisi müəyyənləşib
Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub.
“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. Bununla belə, sifarişçinin adı açıqlanmayıb. Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.

Xəbər 63 dəfə oxundu.