Türkiyədə terrorda şübhəli bilinən 4000-dən çox xarici vətəndaş saxlanılıb
“Türkiyə terrorla mübarizədə qətiyyətli mövqeyini davam etdirməkdədir. Dünyada bütün terrorçu təşkilatlara münasibət eyni olmalıdır”.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, “İŞİD” terror təşkilatının İslam dininə heç bir qarışacağı yoxdur: “İslam sülh dinidir. Türkiyə “İŞİD” ilə bu və ya digər formada əlaqəsi olan 4000-dən yuxarı xarici vətəndaşı şübhəli qismində saxlayıb. Onlardan bir hissəsi haqqında öz ölkələrin aidiyyəti qurumlarına məlumat verməklə Türkiyədən deportasiya olunub”.

Xəbər 86 dəfə oxundu.