Dillər Universitetində səyyar sərgi təşkil olunub
Azərbaycan Dillər Universitetində (ADU) Cəfər Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə səyyar sərgi təşkil olunub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Cəfər Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı, muzeyin əməkdaşları iştirak ediblər.
Səyyar sərgidə C.Cabbarlının yaradıcılığını əks etdirən 10 stend və müəllifin müxtəlif illərdə çapdan çıxmış kitabları nümayiş olunub.
Tələbələrə muzeyin yaranma tarixi, C.Cabbarlının zəngin yaradıcılığı, teatrlarda tamaşaya qoyulan əsərləri barədə geniş məlumat verilib.


Mahmud

Xəbər 126 dəfə oxundu.