Mbappe Messinin rekordunu yenilədi
“Monako”nun hücumçusu Kilian Mbappe rekorda imza atıb.
Gənc futbolçu debüt ilində Çempionlar Liqasının 1/8 və 1/4 final mərhələsinin hər iki oyununda qol vuran ilk futbolçu olub.
Bundan başqa, Mbappe daha bir nəticə ilə Messini arxada qoyub. 18 yaşlı forvard ÇL-nin pley-off mərhələsində 5 qol vuran ən gənc oyunçudur. Messi isə 5-ci qolunu 23 yaşında vurub.

Xəbər 76 dəfə oxundu.