Zibillikdən 36 kiloqram civə tapılıb
Ukraynanın Lvov şəhərində zibillikdən 36 kiloqram civə tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Lvov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Lvovun “Levandovka” mikrorayonunun sakini zibil atarkən plastik çəndə içi dolu civənin olduğunu görüb. Müvafiq qurumlara xəbər verildikdən sonra həmin çəndə 36 kiloqram ağırlığında civənin olduğu müəyyənləşdirilib.
Müvafiq qurumlar civənin haradan qaynaqlandığını araşdıracaq və onun təkrar emalı üçün tədbirlər görəcək.
Mahmud

Xəbər 75 dəfə oxundu.