Alimlər yeni filtr hazırlayıblar
İsrailin Ben-Qurion və ABŞ-ın İllinoys universitetlərinin tədqiqatçıları şəhər axar sularını insan üçün təhlükəli viruslardan təmizləyə bilən polimer membranı sintezləşdirməyə nail olublar.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, əvvəlki tədqiqatlardan məlum olub ki, ABŞ-da içməli suda az sayda adenovirus və noroviruslar aşkarlanıb. Alimlərin sözlərinə görə, şəhər axar sularının patogen viruslardan tam təmizlənməməsi insanların sağlamlığı üçün ciddi problemlər törədir.
Məlumata görə, noroviruslar insanlarda viruslu qastroenterit əmələ gətirən birinci səbəbdir. Viruslar yoluxmuş su ilə insana asanlıqla keçərək diarreya və qusmaya səbəb olur. İnsan adenovirusları geniş spektr xəstəliklərə, o cümlədən kəskin respirator virus infeksiyaları (KRVİ), pnevmoniya, konyunktivit, sistit, eləcə də sinir sistemi xəstəliklərinə gətirib çıxara bilər.
Alimlər işlərində təmizləmə filtrləri üçün xüsusi gel örtük hazırlayıblar. Yeni svitterion polimer hidrogel virusları qovaraq onlara filtrin içindən keçməyə imkan vermir. Svitterion polimerin tərkibində həm müsbət, həm də mənfi maddələrin olması deməkdir. Hidrogel suyun “MS2” bakteriofaqı və “HAdV-2” adenovirusundan təmizlənməsi zamanı səmərəlilik nümayiş etdirib.

Mahmud

Xəbər 79 dəfə oxundu.