Dünyanın ən ağır qadını çəkisinin yarısını itirib
Dünyanın ən ağır qadını sayılan misirli Eman Abd əl-Ati əməliyyatdan sonra çəkisinin yarısını itirib.
Trend-in BBC agentliyinə istinadən verdiyi xəbərə görə, Hindistandakı klinikada bariatrik əməliyyat iki ay əvvəl keçirilib.
Lakin onun nəticələri barədə məlumat yalnız indi açıqlanır.
Bariatrik cərrahiyyə çəkinin tənzimlənməsi və piylənməyə qarşı həyata keçirilir.
Eman Abd əl-Ati əməliyyatdan sonra müalicə kursunu davam etdirir.
Onun nəticələri barədə açıqlamada deyilir ki, çəki itirməkdə davam edən pasient uşaqlıqda keçirdiyi beyin qanamasına görə qismən iflic olub və tutmalardan əziyyət çəkir.
Cərrah Muzzafala Lakdavala əl-Atinin hələ ki, danışmağa çətinlik çəkdiyini deyir.
Qadının qohumlarına əsasən uşaqlıqda insult keçirdikdən sonra yatağda qalan Eman son 25 il ərzində evini tərk etməyib.

Mahmud

Xəbər 80 dəfə oxundu.