Pensiya təminatı sahəsindəki yeni dəyişikliklərlə bağlı seminar-müşavirə keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda seminar-müşavirə keçirilib.
Tədbirdə məqsəd “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 may tarixli Fərmanının icrası ilə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarına müvafiq tapşırıq və izahatların verilməsi olub.
Fondun direktoru Zakir Babayev pensiya qanunvericiliyindəki yeni dəyişikliklər və onların mahiyyətindən bəhs edərək, bu islahatın ölkədə pensiya təminatı sisteminin qabaqcıl dünya təcrübəsi əsasında daha da təkmillləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Tədbirdə pensiya qanunvericiliyindəki yeni dəyişikliklərlə bağlı Fondun yerli orqanlarının pensiya və sosial sığorta sektorları əməkdaşlarının qarşısında duran vəzifələr, konkret istiqamətlər üzrə görüləcək işlər diqqətə çatdırılıb.
Müzakirə şəraitində keçən seminar-müşavirədə iştirakçıların sualları da cavablandırılıb, onlara ətraflı izahatlar verilib.
Tural

Xəbər 245 dəfə oxundu.