Qızıl boyunbağı tapılıb
Böyük Britaniyanın şərqində həvəskar kolleksiyaçı üzərində VI əsr Bizans imperatoru Yustinianın təsviri olan qızıl boyunbağı aşkar edib.
AZƏRTAC xəbər verir ki, kolleksiyaçı boyunbağını Norfolk qraflığında metal axtaran alətin köməyi ilə apardığı tədqiqat zamanı tapıb. Onun dediyinə görə, Böyük Britaniya ərazisində belə tapıntılar çox azdır.
Alimlər hesab edirlər ki, dini ayin əşyası olan boyunbağı qədim qazıntı yerindən tapılıb. Yaxın vaxtlarda boyunbağı Britaniya muzeyinə göndəriləcək.
Bundan əvvəl isə arxeoloqlar Krımda aparılan qazıntılar zamanı spartalıların məbədinin bizim eramızdan əvvəl təxminən III əsrə aid olduğunu müəyyən ediblər.
Mahmud

Xəbər 162 dəfə oxundu.