Kavani: “Neymara kömək etməliyik“
PSJ-nin hücumçusu Edinson Kavani komanda yoldaşı Neymarla arasında münaqişə olmasını inkar edib.
Bu barədə Fransa mətbuatına açıqlama verən uruqvaylı futbolçu Neymarla arasında baş verən mübahisəni jurnalistlərin şişirtdiyini deyib:
"Futbolda bu cür epizodlar normaldır. Məsələni bu qədər qabartmaq lazım deyil. Deyirlər, guya mən penaltini yerinə yetirməyə heç kimə imkan vermirəm. Əslində isə mənim Neymarla problemim yoxdur. O, komandamıza yeni gəlib. Kollektivə uyğunlaşmaq üçün Neymara kömək etməliyik".
Xatırladaq ki, Kavani Fransa çempionatının 6-cı turunda "Lion”la ev oyunu zamanı penaltinin Neymarın yerinə yetirməsinə mane olub. Özü isə zərbəni dəqiq yerinə yetirə bilməyib. Bundan sonra oyunçular paltardəyişmə otağında mübahisə ediblər. Onların əlbəyaxa olmasına isə PSJ-nin kapitanı Tiaqu Silva imkan verməyib.

Xəbər 286 dəfə oxundu.