“Messinin rekordumu qırması məni qəzəbləndirdi“
Argentina millisinin sabiq hücumçusu Qabriel Batistuta Lionel Messinin onun müəyyənləşdirdiyi rekordu qırmasından danışıb.
Goal.az xəbər verir ki, 48 yaşlı veteran hücumçu bunları deyib:
"Mən bundan qəzələndim. Bu, zəif qəzəb deyildi. Rekord mənə məxsus olan nailiyyət idi. Argentina tarixində ən sərrast oyunçu olanda bu xəbər bütün dünyanı fırlandı. Aktivimdə 54 qol vardı. Messi isə... Məni nə qədər qabaqladığını bilmirəm. Karyrasının sonuna qədər məndən 2 dəfə artıq qol vuracaq. Rekord sahibi olmaq xoşuma gəlirdi. Hər halda, onu yadplanetli yenilədi".
Batistuta millinin heyətində keçirdiyi 77 oyunda 54 qol vurub. Messi 123 oyuna 61 dəfə fərqlənib.

Xəbər 19 dəfə oxundu.