Ceyranbatanda 2 ev yandı
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yanğın olub.
Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə və bitişik tikilmiş, ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 2 kv.m sahədə və 1 ədəd plastik pəncərə yanıb.
Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Milli.Az

Xəbər 13 dəfə oxundu.