İşçilərin aylıq vəzifə maaşları təsdiqlənib
Nazirlər Kabineti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” qərar verib.
 
APA-nın məlumatına görə, Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna İdarənin Aparatı (şöbələr və sektorlar), mənzil-kommunal və təmir xidməti, “İçərişəhər” tarix muzeyi, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu,  Elmi-istehsalat bərpa emalatxanası, . Elmi-Mədəni Mərkəz, Tahir Salahovun ev-muzeyi və Marionet Teatrı daxildir. 
 
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidi müəyyənləşib.
 
Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarına əsasən isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları müəyyənləşib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:
 
İdarə Heyətinin sədri – 1450 AZN, İdarə Heyətinin üzvü – 1050 AZN, Aparatın rəhbəri - 940 AZN, Aparatın rəhbərinin müavini – 895 AZN, şöbə müdiri – 870 AZN, şöbə müdirinin müavini və baş mühasib – 750 AZN, İdarə Heyətinin sədrinin müşaviri və köməkçisi – 720 AZN, sektor müdiri – 580 AZN, baş məsləhətçi – 530 AZN, böyük məsləhətçi – 520 AZN, aparıcı məsləhətçi – 510 AZN, məsləhətçi – 500 AZN, baş mütəxəssis – 450 AZN, sürücü, xadimə, fəhlə və digər xidmətedici heyət – 250 AZN. 


Mahmud

Xəbər 154 dəfə oxundu.